car selector

HAQQIMIZDA

HAIMA, baş ofisi Haikouda yerləşən Çin avtomobil şirkətidir. 1992-ci ildə yaranan bu şirkət minik avtomobil, elektromobil, MPV, yolsuzluq avtomobilləri və mikroavtobusların istehsalı ilə məşğul olur.

Cəmi iki il sonra, 1994-cü ildə Çin avtomobil istehsalı bazarında bir ilkə imza atır:  ISO9000 keyfiyyət sistemi sertifikatını alır.

2003-cü ildə şirkət Şanxayda yerləşən və brendin gələcək avtomobillərinin hazırlanması və dizaynı ilə məşğul olan tədqiqat və inkişaf mərkəzi yaradır.

2006-cı ildə HAIMA ilk "Ailə" sedanını istehsal edir.

2008-ci ilin avqustunda HAIMA Hainanda yerləşən və ildə 100.000 ədəd istehsal gücünə malik üçüncü avtomobil yığma zavodunun tikintisinə başladı. Haikou və Zhengzhoudakı digər iki fabrik isə ildə 150.000-ə qədər avtomobil istehsal etmək gücünə malikdir.

Əvvəlcə avtomobillər daxili bazara göndərilib, daha sonra 2007-ci ildə şirkət öz modellərinin xaricə ixracını təşkil edib. 2010-cu ilə qədər HAIMA artıq Yaxın Şərq, Cənubi Amerika, Şərqi Avropa, Şimali və Cənubi Afrikada mövqeyini gücləndirmiş və populyarlaşmışdı. Daha sonra Şimali Amerika və Qərbi Avropanın fəthi başlayır.

İndi Haima Automobile Company Ltd. Çində ən sürətlə inkişaf edən avtomobil şirkətlərindən biridir. Hal-hazırda HAIMA hər il 400 mindən çox avtomobil və 200 min güc aqreqatı istehsal olunan 2 milyon kv. m-dən çox istehsal sahəsinə sahibdir. Şirkətin məqsədi satış coğrafiyasını genişləndirmək və innovativ inkişafları təqdim etməkdir. 

Günümüzdə ölkəmizə ASIA Motors şirkəti tərəfindən idxal edilən HAIMA 8S-in mühərriki Çinin ən yaxşı top 10 mühərriki cərgəsindədir və rəsmi təlimata əsasən minimum RON 92 və daha yuxarı növ yanacaqla çalışır.
Yeni nəsil dəbli və etibarlı krossover HAIMA 8S dizaynı ilə də hər zaman diqqət mərkəzində olub. Ön radiator barmaqlığı ilə faraların birləşməsi və ümumi yan görüntüdə gepard siluetini xatırlatması təsadüfi deyil: HAIMA 8S gepardın cəldliyi və gücündən ilhamlanaraq hazırlanmışdır. 

SINAQ YÜRÜŞÜ

Qeydiyyat
 

VAKANSİYALAR

Hal-hazırda aktiv vakansiya mövcud deyil

ƏLAQƏ

"ASIA Motors" MMC

Ünvan:

Babək prospekti 28, AZ1031, Bakı, Azərbaycan 

SATIŞ MƏRKƏZİ
 
Tel:    +994 12 525 5151
Mob:  +994 55 585 1992
          
SATIŞ SONRASI XİDMƏT MƏRKƏZİ
 
Tel:    +994 12 566 6099
Mob:  +994 50 303 6030
 
EHTİYAT HİSSƏLƏRİ SATIŞI
 
Tel:    +994 12 566 6099
Mob:  +994 55 262 6030